Tərkibi:
500 qram az yağlı qiymə
1 ədəd yumurta
1 su st çörək qırıntısı
1 ədəd soğan
1 ədəd sarımsaq
yarım dəstə cəfəri
duz (istəyə görə)
istiot (istəyə görə)
1 çimdik cirə
duru yağ və ya zeytun yağı
Hazırlanması:
500 qram çəkilmiş qiyməni soyuducudan çıxarın. Soğanı sürtgəcdən keçirib, sarımsağı əzin. Cəfərini xırda-xırda kəsin. Boyat çörəyi blenderdən keçirin.
Hazırladığınız bütün ərzaqları 1 ədəd yumurta əlavə edərək qiymənin içinə qatın.
Duzu və ədviyyatı əlavə etdikdən sonra 8 dəqiqə yoğurun.
Qiymədən hissələr götürərək yumurlayın.
Duru yağla da forma verə bilərsiniz.
Bütün kotletləri tavaya yağ əlavə etdikdən sonra qızardın.