Qadin.NET / Albalılı ət (foto resept)

Albalılı ət (foto resept)

 

Tərkibi:

500 qram quşbaşı (quzu əti)

300 çəyirdəksiz albalı

1 quru soğan

2 y/q kərə yağı

3 y/q zeytun yağı

3 ç/q bal

300 ml sümük suyu və ya toyuq suyu

300 ml su

Duz (istəyə görə)

istiot (1 çimdik) 

 

Hazırlanması:

Quzu ətini istiota batırın. Zeytun yağını tavaya əlavə edin, qızarana qədər qazı sndürməyin.

Ətləri bir qədər yağın içinə atın və yüksək temperaturda biraz saxlayın, daha sonra ətləri kənara qoyun.

Quzu ətinin dadı qaldığı tavaya soğan və kərə yağını əlavə edib qarışdırın.

Albalılı ət (foto resept)

Toyuq suyunu ilə quzu ətlərini, balı,soğanları, suyu qazana əlavə edin və ağzı bağlı ətlər yumşalana qədər bişirin.

Ətlər yumşaldıqda albalı əlavə edin, bir neçə dəqiqə bişirin. Sonra servis edə bilərsiniz.

Albalılı ət (foto resept)

 

 

29 noyabr 2018
GO BACK