Tərkibi:
3 ədəd badımcan
2 ədəd qırmızı bolqar bibəri
2 ədəd quru soğan
2 ədəd yaşıl bibər
5 ədəd pomidor
1 ç/q duz
1 çay st zeytun yağı
Hazırlanması:
Yağlı kağız sərili soba listinə badımcanları və bolqar bibərlərini ortadan kəsərək yerləşdirin. 200 dərəcəlik sobada 20 dəqiqə közləyin.
Pomidorun qabığını soyub kub-kub doğrayın.
Soğanları və bibərləri incə-incə doğrayın. Eyni formada sobadan çıxan bibər və badımcanları kub-kub doğrayın.
Böyük tavada zeytun yağını qızdırın. Sonra bibərləri və soğanları çəhrayi olana qədər qovurun. Pomidorları əlavə edərək qovurmağa davam edin.
Badımcanları və suyu əlavə etdikdən sonra qazın üstündən götürün.