Tərkibi:
400 qram qiymə
3 ədəd kartof
1 ədəd soğan
1 ədəd pomidor
1 ədəd bibər
1 stəkan su
Azərduz yodlu narın xörək duzu, istiot, sarıkök zövqə görə
Hazırlanması:
Soğanı yağda qızardırıq.
Üzərinə pomidor və bibəri əlavə edirik. Bir az qızarandan sonra su əlavə edirik.
Ətdən findıqdan bir az böyük küftələr düzəldirik.
Kartofları da kub şəklində doğrayırıq.
Su qaynadıqda küftələri əlavə edirik. Duz da əlavə edin ki, küftələr dağılmasın. 5 dəqiqədən sonra kartofları əlavə edirik.
Kartof bir az qaynadıqdan sonra yeməyimizi bir və ya iki dəfə qarışdırırıq.
Kartof tam bişdikdə yeməyi götürürük. Budur, yeməyimiz hazırdır.
P.S. Zövqə görə göyərti əlavə edilə bilər. Bəziləri isə bibər sevmədikləri üçün bibər vurmaya bilərlər.
Nuş olsun!