Qadin.NET / Pendirli lavaş arası (foto resept)

Pendirli lavaş arası (foto resept)


Tərkibi:

 

Xəmir üçün;

450 qram un

1 paket qabartma tozu

1 çay qaşığı duz

250 ml su

 

İçlik üçün 

250 qram pendir

1 ədəd quru soğan

1/2 çay st duru yağ

1 ç/q istiot

1 ç/q duz 

 

Hazırlanması:

Dərin qabın içində xəmir ərzaqlarını yaxşıca yoğurun. Daha sonra üstünə nəmli dəsmalla örtərək 15 dəqiqə gözləyin.

 

Pendirli lavaş arası (foto resept)

 

İçliyi hazırlayın. Tavada duru yağla doğradığınız soğanları qovurun. Qovurulan soğanların içinə pendir və ədviyyatları əlavə edərək qarışdırın. Qarışdırdıqdan sonra qazın üstündən götürün. 

 

Pendirli lavaş arası (foto resept)

 

Xəmiri 10 hissəyə bölün. Kündələri yayın.

Yaydığınız lavaşları tavada bişirin.

Alt-üst bişdikdən sonra isti-isti lavaşa kərə yağı çəkin və içliyi əlavə edib isti-isti burun.

 

Pendirli lavaş arası (foto resept)

 

 

İsti-isti servis edin.

 

Pendirli lavaş arası (foto resept)

 

 

 

 

14 noyabr 2018
GO BACK