Tərkibi:
4 ədəd orta boy təmizlənmiş somon balığı dilimləri
1 su st badam unu
2 y/q doğranmış cəfəri
1 y/q sürtgəcdən keçirilmiş limon qabığı
1 ç/q dəniz duzu
1 ç/q istiot
2 y/q Hindistan qozu yağı
4 su st ispanaq
Üstü üçün limon suyu
Hazırlanması:
Blendera badam ununu, cəfərini, sürtgəcdən keçirilmiş limon qabığını, duzu və istiotu əlavə edib, blenderdan keçirin.
Orta dərəcədə böyük tavada Hindistan qozu yağını isidin.
Somon dilimlərini hər iki tərəfinə badam unlu qarışımdan çəkin.
Somonları tavaya atıb, hər iki tərəfini də 5 dəqiqə bişirin.
Üstünə təzə sıxılmış limon suyu sıxaraq servis edin.