Tərkibi:
2 y/q duru yağ
300 qram toyuq
1 ədəd soğan
1 ədəd yaşıl bibər
1/2 ədəd qırmızı bibər
1 ç/q istiot
1 ç/q quru nanə
1 ç/q duz
1 ədəd doğranmış pomidor
Hazırlanması:
Yanmaz və yapışmaz tavaya yağı və quşbaşı doğranmış toyuqları əlavə edin. Yüksək dərəcədə soğanları, bibərləri və pomidorları əlavə edərək yaxşıca qarışdırın.
Biraz suyunu çəkdikdən sonra içinə ədviyyatları əlavə edin.
Yaxşı bişdikdə servis edə bilərsiniz.