Tərkibi:
2 su st düyü
2 y/q kərə yağı
1 ədəd quru soğan
2,5 su st su
250 qram quzu əti
200 qram göbələk
3 ədəd kiçik pomidor
4 y/q duru yağ
duz
istiot
1 ç/q kəklikotu
5-6 şaxə dərəotu
1 su st qoz
Hazırlanması:
Düyüləri isti suya qoyub 30 dəqiqə gözləyin. Sonra bol suda nişastası gedənə qədər yuyun suyunu süzün.
Plovu hazırlayacağınızı qazana duru yağı əlavə edin. Doğradığını soğan və əti qazana əlavə edib qovurun.
Quzu əti qısa müddətə qovrulacaqdır. Ətin bişməsinə yaxın dilimlədiyiniz göbələkləri və kub formasında doğradığınız pomidorları əlavə edin.
Ət və göbələklər bişdikdə düyü, kərə yağı, duz və ədviyyatları əlavə edib qarışdırın.
Daha sonra isti suyu əlavə edib az dərəcədə suyunu çəkənə qədər bişirin. Sonra qozları və dərəotunu əlavə edib qarışdırın.
Plov 15-20 dəqiqə hazır olduqda servis edin.