Qadin.NET / Ədviyyatlı toyuq budu (foto resept)

Ədviyyatlı toyuq budu (foto resept)

 

Tərkibi:

 

4 ədəd sümüksüz və dərisiz toyuq budu

1/4 ç/q mixək

1/2 ç/q darçın

1/2 ç/q toz rəzənə

1/4 ç/q istiot

1,5 ç/q qaya duzu

1/2 ç/q cirə

1 böyük alma (doğranmış)

1 orta boy kartof (doğranmış)

1/4 su kişmiş

3 diş sarımsaq (əzilimiş)

1 portağalın suyu və sürtgəcdən keçirilmişi

 

Hazırlanması:

İlk olaraq sobanı 200 dərəcədə isidin. Soba listini zeytun yağı ilə yağlayın. Toyub budlarını listə yerləşdirin və hər iki tərəfini də yuxarıdakı ədviyyatlarla ovun. Bir qabda doğranmış alma və kartofları birləşdirin. İçinə kişmiş, sarımsaq və portağal qabığı sürtgəcdən keçirilmiş əlavə edin. Bu qarışımı toyuqların üstünə tökün.

Ədviyyatlı toyuq budu (foto resept)

Portağal suyunu da toyuq budlarının üstünə gəzdirin və listi sobaya qoyub 25 dəqiqə bişirin. Sobadan çıxardıqdan sonra qalan ədviyyatları səpib, 5 dəqiqə də bişirin. 

Ədviyyatlı toyuq budu (foto resept)


Ədviyyatlı toyuq budu (foto resept)

 

7 oktyabr 2018
GO BACK