Tərkibi:
450 qram qiymə
2 ədəd yumurta
300 qram ispanaq
1/4 su st sürtgəcədn keçirilmiş pendir
1/4 çay qaşığı duz
1/2 çay qaşığı istiot
1 yemək qaşığı zeytun yağı
Hazırlanması:
İspanakları yaxşıca yuyub üstü suya salın və doğrayın. Yumurtalar bir qabda çırpın və kənarda saxlayın. Pendiri sürtgəcdən keçirin. Zeytun yağından əlavə bütün ərzaqları bir qabda birləşdirin və kotlet topları hazırlayın. Bir tavanı qazın üstünə qoyun və duru yağı qızdırın.
Yağ qızdıqda kotletləri tavaya atın və hər iki tərəfini qızardın. Daha sonra kotletləri yağlı kağız sərilmiş qabın içinə qoyun. Üstünə pendir səpib, pomidor souslu makaronla servis edə bilərsiniz.