Qadin.NET / Mərci küftəsi (foto resept)

Mərci küftəsi (foto resept)

 

Tərkibi:

 

1,5 su st qırmızı mərci

3 su st isti su

2 ədəd quru soğan

1,5 su st incə bulqur

1 çay st zeytun yağı

1 y/q bibər sousu

1 y/q pomidor sousu

5 ədəd təzə soğan

1/2 dəstə cəfəri

1 ç/q cirə

1 ç/q istiot

1,5 ç/q duz

 

Hazırlanması:

Qırmızı mərciləri bol suda yuduqdan sonra isti suyun içində qaynadın. Suyunu çəkməyə başlayan mərcinin içinə bulquru əlavə edin.

Qazın altını söndürün və 15 dəqiqə qədər mərciməklərlə bulgurun qaynaması gözləyin.

 

Mərci küftəsi (foto resept)

 

Daha sonra quru soğanları incə-incə doğrayaraq tavanın içində zeytun yağı ilə 5 dəqiqə qovurun.

Sonra bibər pastası, pomidor pastası, duz, istiot və cirə əlavə edərək soğanlı qarışımı 3-4 dəqiqə qovurun.

 

Mərci küftəsi (foto resept)

 

Cəfəriləri içinə əlavə etdikdən sonra bulqurlu qarışımın içinə əlavə edib, yaxşıca yoğurun.

Yoğurduqdan sonra ovuc içinizdə sıxaraq forma verin.

 

Mərci küftəsi (foto resept)

 

Hazırladığınız küftələri göyərtilərlə servis edə bilərsiniz.

 

25 sentyabr 2018
GO BACK