Qadin.NET / Kartof dolması (foto resept)

Kartof dolması (foto resept)

 

 

Tərkibi:

 

2 yumurta

2 y/q kərə yağı

2 y/q zeytun yağı

4 ədəd orta boy kartof

250 qram quşbaşı quzu əti

cəfəri

2 y/q un

1 y/q qurudulmuş boyat çörək

1 kiçik soğan

duz

6 dilim pendir

1 su st ət suyu

1 çimdik zəfəran 

 

Hazırlanması:

Quşbaşından daha kiçik doğranmış ətləri və kərə yağını bir qazana əlavə edin və 2-3 dəqiqə qarışdırın. Daha sonra yarım su st su əlavə edin və qazanın ağzını bağlayın. 15 dəqiqə bişirin.

Kartof dolması (foto resept)

Digər tərəfdə içlik üçün bir qabın içinə yumurtaları qoyun. Üstünə istiot, duz, çörək qırıntısı, cəfəri, sarımsaq və bişirdiyiniz ətləri qoyun və yaxşıca qarışdırın.

Kartofları soyun və yuyun. Daha sonra kartofları ortadan iki yerə bölün və hər tərəfə bərabər miqdarda içlikdən qoyun. Bir kasada qalan yumurtanı qırın və çırpın. Düz qaba un qoyun. Hazırlamış olduğunuz kartofların üst qismini una sonra da yumurtaya batırın.

Kartof dolması (foto resept)

Hazırladığını kartofları isti yağda qızardın. Kartoflar bişdikdən sonra soba listinə yerləşdirin. Bir tavaya 2 yemək qaşığı zeytun yağı və soğanları qoyun və qovurun. Üzərinə duz, istiot, zəfəran və ət suyunu əlavə edib qaynadın. 

Hazırladığınız sousu soba listinə düzdüyünüz kartofların üzərinə tökün və 25 dəqiqə sobada bişirin. 25 dəqiqə sonra sobanı açıb pendiri hər dolmanın üstünə qoyun. 5 dəqiqə bişirdikdən sonra cəfəri ilə bəzəyin. 

Kartof dolması (foto resept)

 

17 sentyabr 2018
GO BACK