Qadin.NET / Özbək plovu (foto resept)

Özbək plovu (foto resept)

 

Tərkibi

 

1 qaşıq yarım kərə yağı

1 qaşıq yarım ayçiçək yağı

600 qram az yağlı quzu əti

2 su st düyü

2 ədəd orta boy soğan

4 su st isti su

1 baş sarımsaq

duz

4 ədəd orta boy kök

yarım ç/q cirə

yarım ç/q darçın

 

Hazırlanması:

 

- Az yağlı quzu ətini iri-iri doğrayın. Sonra soğanı yeməklik olaraq doğrayın. Kökləri yuduqdan sonra soyun və incə-incə doğrayın.

- Ayrı bir qabda düyüləri ilıq suda təxminən 15-20 dəqiqə saxlayın. Daha sonra qazana duru yağ əlavə edib qızdırın. Yuyub doğradığınız quz ətlərini qazana əlavə edin və bişirin. Ətləri yaxşıca qovurduqdan sonra 4 su st isti su əlavə edin və aşağı dərəcədə ətlər yumşalana qədər bişirməyə davam edin.

Özbək plovu (foto resept)

- Digər tərəfdə plovu hazırlamaq üçün qazana kərə yağını əlavə edib əridin. Kərə yağı əridikdən sonra soğanları əlavə edin və çəhrayi olana qədər qovurun. Daha sonra kökləri əlavə edib qarışdırın.

- Başqa qaba qaynatdığınız ətləri qoyun. Ət suyunu plova əlavə edin. Sonra düyüləri əlavə edib qarışdırın. Bir baş sarımsağı yuduqdan sonra plovun orta hissəsinə qoyun. Sonra cirə, duz və darçın əlavə edib qarışdırın.

Özbək plovu (foto resept)

Aşağı dərəcədə ağzı bağlı bişirin. Plov bişdikdən sonra üzərinə istəsəniz çiy badam, quru üzüm əlavə edə bilərsiniz. 

 

13 sentyabr 2018
GO BACK