Tərkibi:
Bir parça mal əti
1 ədəd pomidor
1 ədəd soğan
2 ədəd bibər
Göyərti
Azərduz yodlu narın xörək duzu, istiot
Bir az duru yağ
Lavaş
Pendir
Xama, Ketçup,
"Bizim Süfrə" limonlu mayonezi
Hazırlanması:
Əvvəlcə mal ətini tavada yağsız,duz,istiot vurub azca qovururuq
Sonra üzərinə bitki yağı və soğanı əlavə edirik
sonra pomidoru
bunları bişirəndən sonra üzərinə ketçupu və xırda doğranmış göyərtini əlavə edib,qırağa qoyuruq
İndi sous hazırlayırıq.Pendiri tyorkadan keçirib,üzərinə smetan,ketçup,və mayonezi töküb qarışdırırıq
Lavaşın içinə azca mayonez sürtürük
içinə içlik qoyub bükürük
azca yağlanmış tavaya yığırıq
üstünə sousu töküb,180-200 dərəcədə 20-25 dəq sobaya qoyuruq
budur Engelandomuz hazırdır.
Nuş olsun!