Qadin.NET / Tərəvəzli balıq dürüm (foto resept)

Tərəvəzli balıq dürüm (foto resept)

Tərkibi:

 

1/4 qırmızı kələm (sürtgəcdən keçirilmiş)

1 orta boy turp (sürtgəcdən keçirilmiş)

2 ədəd qırmızı və ya sarı bibər (doğranmış)

1/2 dəstə cəfəri (doğranmış)

1 ədəd qırmızı soğan (doğranmış)

2 ədəd limonun suyu

1 kahı (yarpaqları ayrılmış və yuyulmuş)

1 y/q avokado yağı

650 qram somon balığı

2 ç/q cirə

2 ç/q sarımsaq tozu

 

Avokado sousu üçün

1/4 su st isladılmış çiy fıstıq

1/3 su st limon suyu

2 diş sarımsaq

1/4 ç/q duz

1 ədəd bibər

2 ədəd avokado

qarışdırmaq üçün su

 

Hazırlanması:

Tərəvəzləri doğrayın. Doğradığınız tərəvəzləri dərin bir qaba qoyun və üstünə 2 limonun suyunu sıxın.

Kahının yarpaqlarını yuyub tək-tək ayırın.

Balıqları doğrayın və dərin qaba qoyun. Ayrı qabda da ədviyyatları qarışdırın. Bunun üçün cirə, sarımsaq tozu və duzu qarışdırın. Hazırladığınız ədviyyatlı qarışımı balıqların üstünə tökün. Balıqları soyuducuya qoyun.

Sousu hazırlamaq üçün fıstığı, limon suyunu, sarımsaq və biraz da bibəri blenderdan keçirin və püre halına gətirin. Qarışımı sous halına salmaq üçün bir qədər su əlavə edin. Ardınca avokadoları əlavə edin və sous krem halına düşənə qədər blenderdən keçirin. Sousu kasaya tökün. 

Tərəvəzli balıq dürüm (foto resept)

Tavanı isidin. Tava qızdıqdan sonra 1 yemək qaşığı avokado yağını və balıqları tavaya atın. Balıqların tavaya yapışmadığından əmin olub qapağını bağlayıb 5 dəqiqə bişirməyə davam edin. Hər dəqiqədə 1 qapağı açıb biraz qarışdırın və təkrar qapağını bağlayın. Balıqların dağılmamasına diqqət edin. 

Kahı yarpağını üstünə bişmiş balıqları və tərəvəzləri əlavə edin. Son olaraq sousu tökün.

Tərəvəzli balıq dürüm (foto resept)

 

5 sentyabr 2018
GO BACK