Qadin.NET / ÇÖKDÜRMƏ KABABI

ÇÖKDÜRMƏ KABABI

ÇÖKDÜRMƏ KABABI
Tərkibi:
400 Qr. Bifşteks
4 Diş Sarımsaq
4 ədəd "Bizim Tarla" soyulmuş pomidoru
4 ədəd bibər
2 ədəd kartof
1 kasa qatıq
1 dəste cəfəri
Bitki yaği
Azərduz yodlu narın xörək duzu
Qara bibər
Hazırlanması:

Kartofları soyun və rəndədən keçirin. Bitki yağinda qızardın. Kartoflar rəndələnilincə dərhal qaralacağı üçün qızardacağınız qədər rəndələyin.
Bibərləri ikiyə bölüb içlərini boşaldın. İncə incə doğrayın. Pomidorları da incə incə dilimlənin. Bifşteksləri də incəcik doğrayın və az yağda qızardın.

Ətlər sulanmamalı. Ardından ətlərin üzərinə bibərləri və pomidorları elave edib qarışdırın. Duzunu və qara bibərini əlavə edin. Servis qabına əvvəl qızardılmış kartofları alın.

Üzərinə tavadaki ətli qarışığı alın. Qatığı sarımsaqla çırpın. Üzərlərinə qatıq tökün. Cəfərini doğrayın və ən üstə səpin.

 

Nuş olsun!

 

11 aprel 2010
GO BACK