Qadin.NET / Toyuq filesi və göbələkdən yemək

Toyuq filesi və göbələkdən yemək

 Tərkibi:

1 baş iri soğan

2 diş  sarımsaq

1 ədəd iri pomidor

1 ədəd iri kartof

Toyuq filesi

Göbələk

Azərduz yodlu narın xörək duzu

"Bizim Tarla" "Bizim Tarla" tomat pastası

"Bizim Süfrə" zeytunlu mayonezi

Ketçup

Kəklikotu

Kərə yağı

 

 Toyuq filesi və göbələkdən yemək
 
 Əvvəlcə soğan və 1 diş sarımsağı xırda doğrayıb yağda qovururuq. Qovrulandan sonra balaca doğranmış toyuq ətini tavaya əlavə edirik.

 

Toyuq filesi və göbələkdən yemək

Ət bişənə qədər qıraqda göbələk, pomidor və kartofu doğrayırıq.

  

Toyuq filesi və göbələkdən yemək


Toyuq filesi və göbələkdən yemək

 Ət bişənə yaxın ərzaqları növbə ilə əlavə edirik. İlk öncə göbələk əlavə olunur. Təxminən 10-15 dəqiqə sonra kartof da əlavə olunub qarışdırılır
 
Toyuq filesi və göbələkdən yemək
  
 Kartof bişənə yaxın doğradığımız pomidoru əlavə edib qarışdırıq.
 

Toyuq filesi və göbələkdən yemək
 
   Pomidor suyunu buraxana qədər qıraqda sous hazırlayırıq. Mayonez, tomat, ketçup qarışımına 1 diş sarımsaq və biraz kəklikotu əlavə edirik. Sonra bu sousu yeməyimizə əlavə edib yaxşı yaxşı qarışdırırıq
 
Toyuq filesi və göbələkdən yemək
 
Toyuq filesi və göbələkdən yemək
 
   10-15 dəqiqə də sousun yeməyə qarışmasını gözləyib qazı söndürürük. Kənarına qarnir kimi düyü vermək olar

 

Toyuq filesi və göbələkdən yemək

Nuş olsun! 

2 oktyabr 2011
GO BACK