Tərkibi:
1 ədəd böyük şirin kartof (soyulmuş və doğranmış)
1 y/q hindistan qozu yağı (əridilmiş)
1/2 ç/q duz
1 ç/q istiot
2 st doğranmış brokoli
1 ədəd orta boy qırmızı bibər (doğranmış)
1/2 böyük qırmızı soğan (doğranmış)
4 ədəd pomidor (doğranmış)
1 orta boy kabak
2 su st ispanaq (doğranmış)
8 ədəd yumurta
2/3 su st keçi südü
Hazırlanması:
İlk olaraq sobanı 180 dərəcədə qızdırın və bir tavaya hindisyan qozu yağı ilə yağlayın. Daha sonra doğranmış kartofları atın və üzərinə duz, istiotu səpib qarışdırın.
Kartofları 25 dəqiqə bişirin. Sobaya qoymadan əvvəl qaynadın.
Kartoflar hazır olduqda, digər ərzaqları əlavə edin. İspanaqları, brokolini, soğanı, pomidoru, kabakları əlavə edin.
Tərəvəzlər də əlavə edildikdən sonra, yumurtaları çırpın və keçi südünü əlavə edin.
Süd və yumurtanı qarışdırdıqdan sonra, tərəvəzlərin üstünə tökün və duz, istiot səpin. Sonra tavanı sobaya verin və bütün tərəvəzlər bişənə qədər 40-45 dəqiqə bişirin.