Qadin.NET / Köklü gül kələmi plovu (foto resept)

Köklü gül kələmi plovu (foto resept)

Tərkibi:

1 orta boy gül kələmi

3 y/q kərə yağı

1/2 ç/q sarımsaq tozu

1/2 ç/q dəniz duzu

1/2 ç/q istiot

1 böyük boy  kök (doğranmış)

1 orta boy soğan (doğranmış)

3 ədəd yumurta

1/4 su st Hindistan qozu unu

 

Hazırlanması:

Gül kələmini doğrayıb blenderə atın. Düyü formasına düşənə qədər blenderdən keçirin.

Böyük tavanın içinə 2 y/q kərə yağı və püre halında olan gül kələmini əlavə edin. Sarımsaqları, duz və istiotu da əlavə edib 5 dəqiqə bişirin.

Köklü gül kələmi plovu (foto resept)

 

Daha sonra kök və soğanları da qarışıma əlavə edin və tərəvəzlər yumşalana qədər pörtün. 

Köklü gül kələmi plovu (foto resept)

Sonra qalan kərə yağını və yumurtaları əlavə edin, yumurtaları qarışdırmaq üçün taxta qaşıqdan istifadə edin.

Köklü gül kələmi plovu (foto resept)

Sonra Hindistan qozu unu da qarışdırın. Evdə reyhan varsa, gözəl ətir və dad üçün əlavə edin.  

Köklü gül kələmi plovu (foto resept)

 

31 iyul 2018
GO BACK