Tərkibi:
1 su st soğranmış şalğam (kartof kimi doğranmış)
1 su st doğranmış kök
1 su st doğranmış qırmızı bibər
1 su st doğranmış qırmızı soğan
1 su st doğranmış göbələk
kərə yağı və ya zeytun yağı
1-2 ç/q dəniz duzu
2 ç/q istiot
2 ç/q soğan duzu
2 ç/q sarımsaq tozu
Hazırlanması:
İlk olaraq sobanı 200 dərəcəyə qoyaraq isidin. Tərəvəzləri xırda-xırda doğraya bilərsiniz. Sobaya yağlı kağız sərin.
Tərəvəzləri dərin bir qabaya qoyun. Sonra içinə əridilmi kərə yağı və zeytun yağını, ardınca dəniz duzu, istiot, soğan və sarımsaq tozunu əlavə edin. Tərəvəzləri əllərinizlə qarışdırın. Daha sonra tərəvəzləri soba listinə alın. Sobada 40 dəqiqə bişirin. Hər iki tərəfin eyni dərəcədə bişirmək üçün, 20 dəqiqə bir tərəfini, sonra digər tərəfini bişirin.