Tərkibi:
Yarım kq paxla
1 çay stəkanı zeytun yağı
1 ədəd soğan
2 ədəd pomidor(sarımsaq da əlavə etdim)
1 çay qaşığı qədər şəkər tozu
Azərduz yodlu narın xörək duzu, istiot
Paxlaları təmizləyib 2-3 yerə bölürük,yuyub təmiz suda saxlayırıq.
Soğanları azca qızardıb pomidorları əlavə edirik,qarışdırdıqdan sonra paxlaları sudan çıxarıb əlavə edirik.
Duz,istiot,şəkər tozu əlavə edib aşağı atəşdə 10-15 dəqiqə taxta qaşıqla su əlavə etmədən qarışdırırıq.
Yaxşıca qarışıb suyunu çəkəndən sonra isti su əlavə edirik.
Bişdikdən sonra süfrəyə soyuq da verə bilərsiniz.
Nuş olsun!