Qadin.NET / Sarımsaqlı bulqur plovu (foto resept)

Sarımsaqlı bulqur plovu (foto resept)

 
Tərkibi:
2 stəkan iri bulqur
10 diş sarımsaq
2 ədəd soğan
2 çay stəkanı zeytun yağı
1 x.q. quru nanə
1/2 çay qaşığı qədər limon duzu
1/2 çay qaşığı qədər istiot
1,5  çay qaşığı qədər Azərduz yodlu narın xörək duzu
1 çay qaşığı qədər şəkər tozu
1 x.q "Bizim Tarla" "Bizim Tarla" tomat pastası
1 x.q bibər pastası
 
Zeytun yağında soğan və sarımsağı kiçilənə qədər qızardırıq
 
Üzərinə pomidor və bibər pastası əlavə edirik,bir neçə dəfə çevirdikdən sonra limon duzu,duz,quru nanə,istiot,şəkər tozu əlavə edirik.
 

 
Daha sonra bulqur əlavə edirik,3-4 dəqiqə daha qovururuq
 
  
Sonra su əlavə edib,qapağı bağlı 5 dəqiqə orta,15 dəqiqə aşağı atəşdə bişiririk
 
  
Bişdikdən sonra qapağı açılmadan 30 dəqiqə dinləndiririk.Sonra qarışdırılaraq süfrəyə veririk
 
                                                
Nuş olsun!

6 sentyabr 2011
GO BACK