Qadin.NET / Sobada qatıq souslu kartof (foto resept)

Sobada qatıq souslu kartof (foto resept)

Tərkibi:

 

4 ədəd boy kartof

2 yemək qaşığı duru yağ 

2 yemək qaşığı qatıq

1 ç/q duz

1 ç/q istiot

1 çimdik nanə

1 çimdik kəklikotu

yarım ç/q qara istiot

 

Hazırlanması

Sous ərzaqlarını dərin bir qabın içinə əlavə edərək qarışdırın.

Sobada qatıq souslu kartof (foto resept)

Daha sonra kartofları alma dilimi formasında kəsin.Kartofları sousun içinə batırın.

Sobada qatıq souslu kartof (foto resept)

 

Soba listinə yağlı kağız sərin və kartofları yağlı kağızın üstünə sıra ilə düzərək 200 dərəcəlik sobada üstləri qızarana qədər bişirin.

Sobada qatıq souslu kartof (foto resept)

 

23 iyul 2018
GO BACK