Tərkibi: ( 6 nəfərlik)
400 qram bişmiş noxud
120 qram qoz
yarım y/q bitki yağı
40 qram soğan
1 y/q qırmızı bibər
3 y/q qırmızı bibər tozu
1 y/q cirə
155 qram bişmiş düyü
1 kiçik ovuc keşniş
37 qram çörək qırıntısı
1 y/q qaşığı tomat pastası
113 qram vegan mayonezi
65 qram vegan ketçup
duz və istiot
kahı
pomidor
xiyar
vegan burger çörəyi
Hazırlanması:
1. Tavada qozları 4-5 dəqiqə qovurun.
2. Soğanları incə-incə doğrayın kiçik bir qazanda bitki yağı pörtün.
3. Qoz, duz və ədviyyatları blenderdən keçirin.
4. Bişmiş düyü, noxud, soğan, çörək qırıntısı, keşniş və tomat pastasını əlavə edərək blenderdən keçirin.
5. Blenderdən keçirdiyiniz qarışımı burger küftə halına salın.
6. Tavada yağla küftələri 3-4 dəqiqə xəfif qızardın.
7. Kiçik bir kasada ketçup və mayonezi qarışdırın.
8. Bir boşqaba vegan burger çörəyini qoyun üzərinə burgerləri, xiyarları, kahı və pomidor düzün. Ən sonda sous tökərək çörəklə üzərini örtün.
.