Qadin.NET / Şamı (foto resept)

Şamı (foto resept)

Tərkibi:

3-4 ədəd kartof

2-3 ədəd yumurta

Şüyüd  (zövqə görə)

Azərduz yodlu narı xörək duzu, istiot

Duru yağ  (qızartmaq üçün)

 

Hazırlanması:

Kartoflar suda qaynadılır, qabıqları soyulub əzilir.

Şamı (foto resept)

Üzərinə yumurtalar, duz və istiot əlavə edilib yaxşı-yaxşı qarışdırılır.

Şamı (foto resept)

Şüyüd xoşlayanlar, şüyüdü  xırda-xırda doğrayıb əlavə edə bilər.

Şamı (foto resept)

Sonra tavaya yağ əlavə edərək, yaxşıca isindikdən sonra, alınmış kütlə, xörək qaşığı yardımı ilə tavaya səliqə ilə qoyulur, üstü hamarlanır.

Şamı (foto resept)

Qızardıqdan sonra, çeviririk digər üzü də qızarsın.

Şamı (foto resept)

Hər iki üzü qızardıqdan sonra yağını süzməsi üçün salfetka üzərinə qoyulur.

Şamı (foto resept)

Artıq dadlı və asan yeməyimiz hazırdır. Nuş olsun!

Şamı (foto resept)

P.S. Bu resepti,  gözəl bir  xanımın asan yemək resepti, istəyi üzrə paylaşdım.

 

25 avqust 2011
GO BACK