Tərkibi: ( 2 nəfərlik)
500 qram göbələk
2 ədəd yaşıl soğan
1 ədəd adi soğan
150 qram qoyun pendiri
yarım ç/q qırmızı istiot tozu
1 çimdik pul istiot
yarım y/q bitki yağı
150 qram ispanak
yarım ç/q hindistan qozu
duz
qara istiot
Hazırlanması:
1. Sobanı 180 dərəcədə isidin. Soğanları xırda-xırda doğrayın. Bir kasada pendir, qırmızı istiot, pul istiot, soğanları bitki yağı ilə birlikdə qarışdırın. Üzərinə duz və istiot səpin.
2. Tavaya bitki yağını tökün ardınca ispanakları orta böyüklükdə doğrayın və tavaya qoyun. 3-4 dəqiqə bişirin, üzərinə hindistan qozunu sürtgəcdən keçirin. Qazı söndürün.
3. Göbələkləri sap qismindən ayırın bir qaşıq köməyi ilə içini boşaldın.
4. Göbələklərin içinə pendirli içliklə doldurun və ispanakla qapaq edin. Bu soba listinə göbələkləri düzün. Sonra sobaya qoyun. 12-15 dəqiqə pendirlər əriyənə qədər bişirin. Daha sonra servis edin.