Qadin.NET / Sobada qazan kababı (foto resept)

Sobada qazan kababı (foto resept)

Tərkibi:

4 ədəd badımcan

400 qram qiymə

1 ədəd orta boy soğan

1 dəstə cəfəri

2 y/q galeta unu

duz

istiot

cirə

 

Sous üçün:

1 y/q pomidor sousu

1 su st su

duz

 

Hazırlanması:

Bir qabın içində qiymə, soğan, galeta unu, cəfəri, duz, istiot və cirəni əlavə edərək yoğurun. Alınan küftələri bol yağda qızardın.

Sobada qazan kababı (foto resept)

Badımcanları soyduqdan sonra dilimlər halında kəsin və qızardın. Soba listinə badımcanları və küftələri sıra ilə düzün.

Sobada qazan kababı (foto resept)

Başqa bir qabın içində sous hazırlayın və listə düzdüklərinizin üzərinə tökün. Yeməyi 200 dərəcədə 20 dəqiqə bişirin.

Sobada qazan kababı (foto resept)

 

 

 

29 iyun 2018
GO BACK