Tərkibi:
250 qram az yağlı qiymə
1 ədəd bibər
yarım dəstə cəfəri
1 ədəd quru soğan
2 ədəd sarımsaq
1 ədəd pomidor
1 ədəd yaşıl bibər
istiot
cirə
qırmızı istiot
Hazırlanması:
Soğanı, sarımsağı, bibəri və cəfərini çox incə bir formada doğrayın. Doğradığınız ərzaqları bir qabın içinə qoyun.
Qiymə və ədviyyatları bu qabın içinə qoyun və yoğurmağa başlayın. Yaxşıca yoğurun və yağlı kağızın üzərinə yerləşdirin və əlinizlə yaxşıca basaraq nazikləşməsini təmin edin.
Üzərinə yağlı kağız qoyun və kənarlarını sıxın. Bu formada 220 dərəcəlik sobada 20 dəqiqə bişirin.