Tərkibi:
2 y/q kərə yağı
2 orta bor bənövşəyi kök
1,5 su st düyü
1 y/q nar turşusu
2 su st su
1 su st toyuq suyu
3-4 şaxə frenk soğan
1 y/q günəbaxan yağı
4 diş sarımsaq
Duz, istiot, quru nanə
Hazırlanması
Qazana yağları əlavə edin və içinə soğanları doğrayaraq qovurmağa başlayın. Bənövşəyi kökləri xalqa halda doğrayın və onları soğanlı qarışımın içinə atın. Bu qarışımın içinə toyuq suyunu və normal suyu əlavə edin.
Bir müddət qaynatdıqdan sonra içinə yuyub süzdüyünüz düyüləri əlavə edin. Daha sonra içinə istiot, quru nanə və nar turşusu əlavə edərək bişirməyə davam edin. Düyülər tamamilə bişində plovu servis qabına alın və soğanlarla servis edin.