Qadin.NET / Göbələkli və pendirli kotlet

Göbələkli və pendirli kotlet

Tərkibi:
Farş - 500 q
    Soğan - 2 ədəd
    Ağ çörək və ya baton - 1-2 dilim
    Pendir - 100-150 q
    Şampinyon - 150-200 q
    Cəfəri
    Sarımsaq - 2 diş
    "Bizim Süfrə" limonlu mayonezi və ya xama
    Süd
    Azərduz yodlu narın xörək duzu, istiot
    Bitki yağı

 

 Hazırlanması:
        Orta temperaturta, bitki yağı qızdırılmış tavada soğan və sarımsağı 2-3 dəq ərzində yüngülcə qızardırıq. Qızardılmış soğanın yarısını başqa qaba töküb qırağa qoyuruq.
    Tavada qalan soğanın üstünə göbələkləri əlavə edirik, duz, istiot vurub 8-10 dəq ərzində qızardırıq.
    Göbələkli və pendirli kotlet
    Boyat çörəyin içini xırdalayırıq, süddə isladırıq və qoyuruq bir az şişsin. Şişmiş çörəyi yaxşıca sıxırıq.
    Farşa çörəyi, qızardılmış soğan və sarımsağı, cəfəri, duz və istiot əlavə edib qarışdırırıq. Farşı bir neçə dəfə qaba və ya stola çırpırıq.
    Göbələkli və pendirli kotlet
    Farşı formaya salıb hər iki üzünü qızardırıq.
    Göbələkli və pendirli kotlet
    Qızarmış kotletləri protifinə qoyuruq, üzərinə mayonez və ya smetan sürtürük. Göbələkləri kotletin üstünə qoyuruq və sürtkəcdən keçirilmiş pendir əlavə edirik.
    
    Göbələkli və pendirli kotlet
    180°C temperaturda 25 dəq ərzində bişiririk.
    Bu da Göbələkli və pendirli kotletimiz:
    Nuş olsun!

11 avqust 2011
GO BACK