Tərkibi:
yarım kilo ciyər
1 ç/q duz
1 ç/q soda
1,5 ç/q qırmızı bibər
1 ç/q toz keşniş
2 ədəd kartof
2 su st duru yağ
1 çay st un
1 su st duru yağ
Sumaqlı soğan üçün:
1 ədəd qırmızı soğan
1 ç/q duz
1 ç/q sumaq
yarım dəstə doğranmış cəfəri
Hazırlanması:
Ciyərləri təmizlədikdən sonra una batırın. Una batırdığınız ciyərləri yağlı tavaya atın və qızartmağa başlayın. Bundan sonra kartofları kub formasında doğrayaraq başqa tavada qızardın. Tavada hazırladığınız ciyərlərə ədviyyatları əlavə edin.
Daha sora kartoflarla ciyərləri eyni tavaya qoyun və qızartmağa davam edin. Tamamilə qızaran ciyər və kartofları servis qabına qoyun.
Eyni tavanın içində hilal formasında doğradığını soğanları və cəfərini əlavə edərək qovurun. Soğanları ciyər və kartofların üzərinə qoyun