Qadin.NET / Badımcan tortu (foto resept)

Badımcan tortu (foto resept)

Tərkibi:

2 ədəd badımcan

3 ədəd pomidor

2-3 diş sarımsaq

Şüyüd

50 qr "Bizim Süfrə" limonlu mayonezi

Azərduz yodlu narın xörək duzu, istot


Hazırlanması:

Pomidor və badımcanları yuyuruq və onları təxminən 1 sm qalınlığında dairəvi formada doğrayırıq. Badımcanın acılığının getməsi üçün duzlayıb 10-15 dəqiqə saxlayırıq.

Badımcan tortu (foto resept)


Badımcan tortu (foto resept)

Pomidorlara duz və istiot vurub və hər iki üzünü bitki yağında qızardırıq.

Badımcan tortu (foto resept)


Badımcanların da hər iki üzü tam qızardılır.

Badımcan tortu (foto resept)


Sarımsağı xirda doğrayıb mayonezlə qarışdırırıq.

Badımcan tortu (foto resept)


Aşağıdakı qayda ilə yığırıq:

Badımcanın üstünə sarımsaqlı mayonez,sonra pomidor,mayonez və yenə də badımcan qoyuruq. Badımcanın üstündən mayonez çəkir, bəzək və dad verməsi üçün xırda doğranmış şüyüdü səpirik.

Badımcan tortu (foto resept)


Nuş olsun!
16 sentyabr 2011
GO BACK