Tərkibi
500 qram qiymə
1 yumurta
1 soğan
1 dəstə cəfəri
Duz
İstiot
Un
Hamburger çörəyi
Sous üçün
5 pomidor
3 diş sarımsaq
3 y/q ketçup
1 y/q tomat pastası
Duru yağ
Duz
İstiot
Hazırlanması:
Soğanı sürtgəcdən keçirin və bütün ətin ərzaqlarını bir qabın içində qarışdıraraq küftə hazırlayın.
Hazırladığınız ətləri hamburgerin içinə qoyulacaq formada dairəvi edin. Pomidorları doğrayın, sarımsaqları sürtgəcdən keçirin. Bütün sous ərzaqlarını blenderə atın və çırpmağa davam edin. Püre halına saldığınız sousu tavada bişirin.
Ətləri bol yağda qızardın. Hamburger çörəklərini pomidorlu sousa batırın və içinə ətləri qoyaraq servis edin.