Qadin.NET / Sobada az kalorili, dadlı yemək (foto-resept)

Sobada az kalorili, dadlı yemək (foto-resept)

Bu resept üçün sac içi yeməklərdən ilhamlanmışam.  feel

Bildiyiniz kimi pəhriz saxlayərkən dadsız, duzsuz yeməklərə məhkum oluruq. Amma bəzən az kalorili, fərqli dadlarla özümüzü mükafatlandırmağı bacarmalıyıq. Məsələyə bir də “Evdə əlimə nə keçdisə-o” prinsipi ilə yanaşıb dadlı-ləzzətli bir şeylər hazırlamaq sizdən çoxt əziyyət tələb etməyəcək.

Bu reseptin içinə atacağınız ərzaqların siyahısı bir də sizin zövqdən aslıdır. Məsələn mən demək olar ki bişirdiyim yeməklərin əksəriyyətinə sarımsaq, bibər, göyərti əlavə edirəm.

Sobada az kalorili, dadlı yemək (foto-resept)

Şəkildə gördüyünüz yemək üçün isə istifadə etdiklərim bunlar idi:


Ət

Badımcan

Kartof

Pomidor

Bibər

Soğan

Sarımsaq

Göyərti

Duz-istiot

 

Sobada az kalorili, dadlı yemək (foto-resept)

 

İlk öncə ət məsələsinə gələk.

Təbii ki, istənilən ətdən istifadə edə bilərsiniz. Mal və qoyun əti üçün əvvəldən bir az qaynatmağınız lazımdır. Sadəcə olaraq kalorisiz yemək məqsədimizi unutmadan qeyd edim ki, ən yaxşısı kənd cücəsidir. Mən əksər hallarda məhz cücə ətinə üstünlük verirəm, amma bu şəkildəki təsadüfən hinduşka əti oldu.

Əti bir az pörtüb sobaya düzdüm. Kartoflar öz həyətimizdən olduğu üçün (Nə qədər xırda kartof seçsəniz bir o qədər estetik təqdimat olacaq süfrəyə) qabığını soymadan istifadə etdim. Sadəcə yaxşı yuyulmasına diqqət edin. Badımcana da ətraflarında yer etdim.

Sobada az kalorili, dadlı yemək (foto-resept)

Mən 1 x.q zeytun yağı ilə tavanı yağlayıb əti, badımcanı, kartofu əlavə edib sobaya verdim. Istəyən yağı çoxalda bilər. Quru olmamağı üçün arada ya adi qaynanmış su, ya da əti qaynatdığınız sudan əlavə edə bilərsiniz. Amma buxar yaratmaq üçün, yoxsa ki, bozbaş bişirmirik  feel

Sobada az kalorili, dadlı yemək (foto-resept)

Bişməyinə az qaldığını görüb “Quru sous” adı verdiyim qarışımı üstünə əlavə etdim.

Bu sous necə düzəldi?

Sobada az kalorili, dadlı yemək (foto-resept)

Bir qaba soğan, sarımsaq, göyərti, bibər doğrayıb ağzını örtdüm. Onlar bir müddət bir-birləri ilə dad alış-verişi etdilər. Sonra sobadakı tavaya pomidorları da əlavə edib bu qarışımı üzərinə tökdüm. Bibərlərin yumrularını doğranmış, uzunlarını isə bütöv formada istifadə etdim.

Bu yeməyin dadından əvvəl ətrinə valeh olacaqsınız  smile  

Nuş olsun!

Sobada az kalorili, dadlı yemək (foto-resept)

 

 

23 aprel 2018
GO BACK