Qadin.NET / Holland pendirli tərəvəzli kotlet (foto resept)

Holland pendirli tərəvəzli kotlet (foto resept)

Tərkibi:
3 ədəd kartof
1 ədəd soğan
1 ədəd kök
2 ədəd yumurta
150 qram holland pendiri
1 qaşıq un
Qızartmaq üçün duru yağ
Azərduz yodlu narın xörək duzu


Hazırlanması: 
Kökü,kartofu,soğanı sürtgəcdən keçiririk.
 
 

 Hamısını bir qaba qoyub duzlayırıq və 10 dəqiqə gözləyirik ki, suyu çıxsın.


 Əlimizlə sıxıb başqa qaba yığırıq və yumurtanı, unu, pendiri əlavə edirik.


 Qarışdırıb, yağda qızardırıq.


 Və budur kotletimiz hazırdır.


Nuş olsun!

22 avqust 2011
GO BACK