Türk mətbəxindən elektrikli sobada kartoflu kotlet resepti yeqin ki,xanımlarımıza maraqlı olar.
1 kq qiymə
1 baş soğan
2 dilim çörək
Ətə vurmaq üçün istədiyiniz ədviyyat
Azərduz yodlu narın xörək duzu
2-3 ədəd iri kartof
2-3 ədəd pomidor
1 acı bibər
2 x.q. pomidor suyu və ya "Bizim Tarla" "Bizim Tarla" tomat pastası
Soğan və çörək xırdalandıqdan sonra qiyməyə qatılır, duz,ədviyyat vurulub qarışdırılır.
100 ml su ilə qiymə yaxşıca yoğrulur.Sonra artıq sular süzülür və qiymə bir qədər dinlənməyə qoyulur.
Qiymədən ovuc böyüklüyündə kotletlər hazırlanıb bitki yağında yarıbişmiş halda qızardılır.
Kartofların qabığı soyulur,dilimlənir və kotletlərdən həmən sonra qızardılır
Pomidorlar və bibər halqa şəklində dilimlənir və kartof+pomidor+kotlet sırası ilə soba sinisinə düzülür
Sıraların arasına bibərlər düzülür
İçi dolu sini 200 dərəcə isidilmiş sobada 15 dəqiqə bişirilidikdən sonra
2 x.q. "Bizim Tarla" tomat pastası ilə 300 ml qaynar suyu qarışdırıb(bir az duz da əlavə olunur)kartoflu kotletin üzərinə tökülür
İçi dolu sini təkrara sobaya verilir,bu dəfə soba istiliyi 250 dərəcəyə çıxarılır
15-20 dəqiqə sonra kartoflu kotletlər hazır olacaqdır
Bu yeməyi türklər makaron və ya düyü yanında təqdim edirlər
Nuş olsun!
Resept http://www.say7.info/ saytindan tercume olunub