Tərkibi:
2 ədəd badımcan
2 y/q zeytun yağı
200 qram qiymə
1 ədəd doğranmış soğan
yarım su st isti suda saxlanmış düyü
4 diş sarımsaq
1 ədəd sürtgəcdən keçirilmiş pomidor
1 ədəd doğranmış reyhan
duz
istiot
Sous üçün:
1 st su
1 ç/q pomidor sousu
Hazırlanması
Badımcanların üzərinə zeytun yağı gəzdirin və duz ilə istiot səpin. Daha sonra badımcanları 200 dərəcəlik sobada 10 dəqiqə bişirin. Digər ərzaqları qarışdırın və içliyi hazır edin.
Alınan içliyi közlənmiş badımcanların içinə yerləşdirin. Üzərinə su gəzdirin və sobada 180 dərəcədə 30 dəqiqə bişirin.
Nuş olsun