Tərkibi:
Xəmir üçün:
5 su st un
1,5 su st su
1 ç/q duz
iç üçün:
5 ədəd kartof
1 ədəd soğan
4 yemək qaşığı zeytun yağı
Duz - istiot - qırmızı istiot
üstü üçün
120 qram kərə yağı
qırmızı toz bibər
Hazırlanması:
Kartofları qaynadın və püre halına salın. Kartofların içinə duz və istiot əlavə edin və yenidən qarışdıraraq soyuması üçün qırağa qoyun.
Xəmir üçün olan ərzaqları bir qabın içində yoğurun və alınan xəmiri 30 dəqiqə saxlayın. Xəmiri yayın və xəmirə stəkanla dairəvi formalar verərək kəsin. Hazırladığınız içi xəmirlərin içinə qoyun və ağzını bağlayın.
Hazırladığınız xəmirləri qaynayan duzlu suyun içinə atın. Bişdikdən sonra servis edə bilərsiniz.
Nuş olsun