Tərkibi:
1/2 Milano kələm (adi də ola bilər)
2 ədəd kök
1 dəstə kəvər
1 sap kərəviz
100 qram cəfəri
1 ədəd soğan
500 qram sosiska
2 y/q bitki yağı
400 qram makaron
1 y/q kəklikotu
1/2 y/q cəfəri
3 y/q soya sousu
1/2 limon
qara istiot
duz
Hazırlanması:
1. Tərəvəzləri təmizlədikdən sonra soyub, doğrayın. Sosiskaları tavada qızardın.
2. Qazanda soğan, kərəviz, kök və cəfərini yağ ilə qovurun. Tərəvəz suyunun yarısını əlavə edib 15 dəqiqə bişirin.
3. Kələm və kəvərin yarısını əlavə edin. Digər tərəfdən duzlu suda makaronu qaynadın.
4. Qazana makaronu, sosiska, limon suyu və soya sousunu əlavə edib, biraz daha bişirin.
Nuş olsun!