Tərkibi:
1 st ilıq su
1 st ilıq süd
2 st un
1 yemək qaşığı şəkər
1 çay qaşığı duz
1 ədəd yaş maya
yarım sosiska
1 kasa sürtgəcdən keçirilmiş kaşar pendiri
2 yemək qaşığı pomidor sousu
Hazırlanması:
1. Xəmir ərzaqlarını bir qabın içinə qoyun və yaxşıca yoğurun. Daha sonra xəmiri bir saat mayalanması üçün saxlayın. Mayalandıqdan sonra xəmiri açın və ərzaqları sıra ilə üzərinə qoyun.
2. Xəmirin içinə ərzaqları yerləşdirdikdən sonra rulet formasında sarıyın və kəsin. Kəsilən parçaları soba listinə düzün.
3. Xəmirləri 180 dərəcədə üstləri qızarana qədər bişirin.