Qadin.NET / Lavaş arası ət(foto resept)

Lavaş arası ət(foto resept)

Tərkibi:
Lavaş 2 ədəd
Çəkilmiş ət 800 qram
2 ədəd soğan
1 x.q. xama
Nanə qurusu zovqə görə
Qızartmaq üçün duru yağ
Azərduz yodlu narın xörək duzu, istiot
Hazırlanması:
Soğanı rəndədən keçirdirik və yaxşıca suyunu əlimizlə sıxırıq.Sonra ətə soğan,duz,istiot,nanə qurusu vurulur yaxşıca qarışdırılır.Ətmiz hazırdı.
İndi lavaşı açırıq əti lavaşın hər tərəfinə yayırıq.
Daha sonra isə rulet şəkilində bükürük.Axıra çatanda lavaşın kənarına xama çəkib yapışdırırıq ki,açılmasın.
Daha sonra bu şəkildə kəsirik.
Tavaya bolca yağ töküb qızardırıq.

Budur artıq lavaş arası ətimiz qızardı,hazırdı.
Nuş olsun!
 
4 avqust 2011
GO BACK