Tərkibi:
Kartof - 750 qr.
Qiymə - 300 qr.
Baş soğan - 1 ədəd
Yumurta - 1 ədəd
Un - 1,5 st
Kərə yağı - 100 qr.
Duz
Istiot
Keşniş toxumu
Hazırlanması:
Kartof bişirilir qabığı soyulur və yaxşıca əzilir. Üzərinə kərə yağı, yumurta, duz, istiot əlavə edin yenidən yaxşıca qarışdırırıq. Sonda unu əlavə edirik, xəmir kimi yoğururuq.
Qiyməni bişiririk. Azca yağda qovururuq. Duz, istiot, keşniş toxumu əlavə edirik.
Daha sonra kartofu kündə kimi açıb, içinə qiymə qoyub kotlet forması verib yağda hər üzünü qızardırıq. Nuş olsun