Tərkibi:
6 ədəd kartof
qızartmaq üçün duru yağ
200 qram az yağlı qiymə
2 yemək qaşığı zeytun yağı
1 ədəd quru soğan
2 diş sarımsaq
1 çay qaşığı pomidor sousu
1 çay qaşığı qırmızı istiot
Duz
Hazırlanması
Kartofların içini oyun və qızardın. Qiyməni, soğanı, sarımsağı və zeytun yağını bir tavanın içində qovurun. Hazırladığımız tərkibi kartofların içinə doldurun.
Daha sonra kartofların üstünə sosusu və suyu qarışdıraraq tökün. Doldurduğunuz kartofları qazana düzün və aşağı dərəcədə bişirin.