Tərkibi:
2 ədəd badımcan (yarım kilo)
2 ədəd soğan
Yarım st. un
2 ədəd yumurta
Azərduz yodlu narın xörək duzu, istiot
Qızartmaq üçün yağ
Badımcanların qabıqlarını soyuruq və duzlayıb bir az saxlayırıq.
Yuyub ət maşınından keçiririk.
Soganı da ət maşınından keçirib sonra suyunu sıxırıq.
Yumurta, un, duz və istiot əlavə edib qarışdırırıq.
Tavaya tağ əlavə edirik, tava isti olduqdan sonra qarışığı qaşıqla əlavə edib qızardırıq.
Buyurun, hazırdır! Nuş olsun!