Tərkibi:
1 paket makaron
1 kasa sürtgəcdən keçirilmiş çedar pendiri
1 paket çörək qırıntısı
2 stəkan süd
yarım paket krem pendir
1 ç/q xardal
Qırmızı bibər
2 diş sarımsaq
Hazırlanması:
Makaronları qaynadın.
Südü qızdırın sonra kənara qoyub üzərinə çedar pendiri əlavə edin.
Sonra üzərinə sarımsaq, krem pendir və xardalı əlavə edin.
Hazırladığınız sousu makaronun üzərinə əlavə edib üzərini hamarlayın.
Makaronları tavaya əlavə edin və üzərinə blenderdən keçirilmiş çörək qırıntılarını əlavə edin.
Bir müddət bu formada bişirin, sonra servis edin.
Nuş olsun!