Tərkibi:
1 ədəd dairəvi doğranmış soğan
5 ədəd göbələk
yarım kq qiymə
1 armudu stəkan galeta unu
1 ədəd yumurta
1 armudu stəkan pomidor pastası
Sous üçün:
2 stəkan ət suyu
1 ç/q nişasta
1 qaşıq xardal
Hazırlanması:
Tərkibi hazırlayın.
Qiymə, galeta unu, yumurta və pomidor pastasını yoğurun.
Küftə xəmirini yaxşıca yoğurduqdan sonra yuvarlaq formaya salın.
Tavaya əvvəlcədən qovurduğunuz göbələkləri qoyun. Üzərinə soğanı əlavə edin.
Son olaraq da əvvəlcədən qızartdığınız küftələri qoyun.
Sonra ət suyu, xardal və nişastanı hazırlayın.
Sousu kütfələrin üzərinə əlavə edin və ağzını bağlayın. Suyu qaynayana kimi bişirin.
Nuş olsun!