Tərkibi:
4 ədəd kabak
250 qram toyuğun döş əti
100 qram sürtgəcdən keçirilmiş kaşar pendiri
1 stəkan süd
1 ç/q un
1 ədəd bibər
1 ədəd soğan
1 ədəd kök
1 diş sarımsaq
Duz, duru yağ
Hazırlanması:
Kabakları uzun kəsin. İçini oyaraq duzlayıb təxminən 15 dəqiqə qaynadın. Ardından soyuq suda saxlayın.
Toyuq əti, bibər, soğan və sarımsağı kubik formasında doğrayın. Ardından yenə kubik formasında doğradığınız kökləri əlavə edin. Yağda qovurun.
Sonra yağda unu qovurub üzərinə süd və duz əlavə edərək başamel sousu hazırlayın.
Toyuqlu qarışımı kabakların içinə qoyun, üzərinə sousu əlavə edib və sürtgəcdən keçirilmiş kaşar pendiri ilə üstünü örtün. 180 dərəcə sobada üzəri qızarana kimi bişirin.
Nuş olsun!