Tərkibi:
yarım kq qiymə
yarım stəkan düyü
1 ədəd soğan
2 ədəd sarımsaq
1 ədəd qırmızı bibər
1 ədəd yaşıl bibər
yarım kq ağ kələm
Duz, istiot
Hazırlanması:
Qiymə və düyünü yaxşıca qarışdırın. Baharatları əlavə edin bir az daha qarışdırın.
Digər ərzaqları doğrayın və tavada qovurun.
Kələmləri qaynadın və hazırladığınız qiyməli içi ilə sarıyın.
Sarıdığınız kələmləri listə qoyun və üzərinə qovurduğunuz tərəvəzləri qoyun. Sobada 180 dərəcə 40 dəqiqə bişirin.
Nuş olsun!