Qadin.NET / Toyuqlu dolma (foto resept)

Toyuqlu dolma (foto resept)

 

Tərkibi:

Hər birindən 2 ədəd qırmızı, sarı, yaşıl bibər

1 kasa sürtgəcdən keçirilmiş pomidor

yarım kq toyuq qiyməsi

1 ədəd soğan

1 dəstə cəfəri

1 kasa sürtgəcdən keçirilmiş kaşar pendiri

1 diş sarımsaq

 

Hazırlanması:

Bütün tərkibi hazırlayın.

Toyuqlu dolma (foto resept)

 

Toyuq qiyməsini tavaya qoyun və kərə yağıda qovurun. Üzərinə incə doğradığınız soğanları və sarımsağı əlavə edin və qovurun. 

Toyuqlu dolma (foto resept)

 

Sonra cəfəriləri əlavə edin. 

Toyuqlu dolma (foto resept)

 

Son olaraq pomidor suyunu əlavə edin və üzərinə duz əlavə edərək qarışdırın.

Toyuqlu dolma (foto resept)

 

Yaxşıca qarışan qiyməli qarışımın altını söndürün.

Toyuqlu dolma (foto resept)

 

Bibərləri yarım kəsin. 

Toyuqlu dolma (foto resept)

 

Bibərlərin üzərinə qarışımı əlavə edin və üzərinə pendir kaşarları əlavə edərək 120 dərəcə 30 dəqiqə bişirin. 

Toyuqlu dolma (foto resept)

 

 

Nuş olsun!

 

Toyuqlu dolma (foto resept)
16 oktyabr 2017
GO BACK