Tərkibi:
1 paket makaron
1 paket krem
yarım kq ispanaq
3 ədəd qırmızı bibər
1 kasa kaşar pendir
Duz
Hazırlanması:
Bütün tərkibi hazırlayın.
Makaronları qaynadın və geniş qaba əlavə edin.
Makaronların üzərinə ispanaqları qoyun.
Üzərinə kremi əlavə edin və qarışdırın.
Ən üstə bibərləri və kaşar pendiri qoyun.
Makaronları sobaya qoyun və 180 dərəcə 40 dəqiqə bişirin.
Nuş olsun!